Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə İranın XİN rəhbərinin sentyabrın 14-də Omanın Salalah şəhərində görüşəcəyi gözlənilir. Tərəflər Hörmüz boğazından gəmiçiliyin müvəqqəti tənzimlənməsi ilə bağlı mümkün razılaşmanı müzakirə edəcəklər.
Ucnoqta.az xəbər verir ki, “Financial Times” görüş barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş Oman və İranın Hörmüz boğazında gəmiçiliyin müvəqqəti tənzimlənməsi ilə bağlı razılaşmaya dəstək toplamaq səyləri çərçivəsində keçirilir. Məqsəd boğazda gərginliyi azaltmaq və gəmiçiliyin bərpasına şərait yaratmaqdır.
KƏŞ-ə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı daxildir.
Mənbələrdən birinin sözlərinə görə, razılaşmanın detalları hələ müəyyənləşdirilməyib. Bununla belə, bir sıra ölkələr görüşdə iştirakını artıq təsdiqləyib.
