34
Finlandiya Fransanın genişləndirilmiş nüvə çəkindirməsi təşəbbüsünə qoşulmasına baxmayaraq, sülh dövründə ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb “X” sosial şəbəkəsində yazıb.
O, bildirir ki, Fransanın təşəbbüsü NATO çərçivəsindəki nüvə çəkindirməsini nə əvəz edir, nə də onunla üst-üstə düşür.
“Finlandiyanın əsas vəzifəsi NATO və Avropa İttifaqının bir hissəsi kimi fəaliyyət göstərməkdir. Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil”, – deyə Stubb bildirib.
