26
Rusiyanın Novosibirsk vilayətində kişi həyat yoldaşını boğaraq öldürüb.
Ucnoqta.az xəbər verir ki, hadisənin bağ evində baş verdiyi bildirilir. İlkin məlumata görə, ər-arvad spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb.
Mübahisə zamanı kişi həyat yoldaşını divana yıxaraq onun boynuna qadının büstqalterini dolayıb və boğmağa başlayıb. Nəticədə qadın həyatını itirib.
Faktla bağlı qətl maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb.
