OPEC+ ölkələri 2026-cı ilin avqustunda neft hasilatını sutkada 980 min barel azaldıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilir.
Məlumata görə, hasilatı könüllü məhdudlaşdıran OPEC+ ölkələri üçün avqust ayına nəzərdə tutulan göstərici 34,27 milyon barel olub. Faktiki hasilat isə 27 milyon barel təşkil edib. Beləliklə, planla faktiki göstərici arasında fərq 7,26 milyon barel olub.
IEA-nın məlumatına əsasən, avqustda Əlcəzair hasilatı 10 min, Küveyt 240 min, İraq 980 min, Oman 40 min barel artırıb. Səudiyyə Ərəbistanı hasilatı 2,27 milyon, Rusiya isə 200 min barel azaldıb. Qazaxıstan isə hasilatı 340 min barel artırıb.
Ümumilikdə, OPEC+ ölkələrinin avqustda neft hasilatı sutkada 1,46 milyon barel azalaraq 33,11 milyon barelə düşüb.
