26
Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin artıb.
Ucnoqta.az neft bazarındakı mənbəyə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,22 ABŞ dolları və ya 5,49% artaraq 119,54 ABŞ dollarına yüksəlib.
Bununla da Azərbaycan neftinin qiyməti 120 dollar həddinə yaxınlaşıb. Əvvəlki ticarət sessiyasında “Azeri Light”ın bir bareli 113,32 ABŞ dollarına satılıb.
Beləliklə, son qiymət dəyişikliyi nəticəsində Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki göstərici ilə müqayisədə 6 dollardan çox artıb.
