Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman cümə axşamı ABŞ Prezidenti Donald Trampla iki dəfə telefonla danışaraq Yəməndəki “Ənsar Allah” hərəkatının husilərinə qarşı zərbələr endirilməsini istəyib.
Ucnoqta.az xəbər verir ki, “Axios” portalı məlumatı mənbələrə istinadən yayıb. Bildirilir ki, vəliəhd husilərin fəaliyyətinin və bölgədə gərginliyin artması fonunda Trampla əlaqə saxlayıb.
Məlumata görə, Tramp Səudiyyə Ərəbistanının birbaşa hərbi yardım tələbini rədd edib. ABŞ prezidenti hazırkı mərhələdə Vaşinqtonun əsas prioritetinin İrana qarşı mübarizə və Hörmüz boğazının açılması olduğunu bildirib.
Bununla yanaşı, bölgədəki vəziyyətin gərginləşməsi fonunda Pentaqon cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperi məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına göndərib.
