32
ABŞ Səudiyyə Ərəbistanının husilərə qarşı hava dəstəyi göstərilməsi ilə bağlı müraciətini rədd edib.
Ucnoqta.az xəbər verir ki, “Financial Times” diplomata istinadən yazıb. Məlumata görə, vəliəhd Məhəmməd bin Salman Donald Trampdan dəstək istəyib, lakin Vaşinqtonun hazırda İranla münaqişəyə fokuslandığı bildirilib.
Nəşr qeyd edir ki, husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının neft hasilatı avqustda sutkada 6,2 milyon barrelə düşüb. Bu, son 36 ilin ən aşağı göstəricisidir.
