35
Yəmənin Taiz əyalətində Səudiyyə Ərəbistanına məxsus aviasiyanın endirdiyi zərbə nəticəsində iki yeniyetmə həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə husilərə yaxın Saba agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində daha bir yerli sakin yaralanıb. Bildirilir ki, hava zərbəsi əyalətin qərbində yerləşən Makbana rayonundakı Əl-Bərh körpüsünə endirilib.
Aviazərbənin yaratdığı partlayış nəticəsində körpü zədələnib və magistral yolda avtomobillərin hərəkəti dayandırılıb.
