36
YouTube platforması bazar ertəsi axşam Belarusun STV telekanalının “Po sushchestvu” (“Məsələnin mahiyyəti”) tok-şousunun canlı yayımını və kanalın daha üç resursunu bloklayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
STV bildirib ki, kanal məhz canlı yayım zamanı bloklanıb. Həmin vaxt verilişdə Belarusda qeyd olunan Xalq Birliyi Günü və 1939-cu il hadisələri ilə bağlı tarixi həqiqət müzakirə olunurdu.
Telekanalın açıqlamasında YouTube-un hesabı bloklamasının səbəbi ilə bağlı narazılıq ifadə olunub və bunun kanalın fəaliyyətini dayandırmayacağı bildirilib.
Tok-şounun yayımı telekanalın alternativ platformalarındakı hesabları vasitəsilə davam etdirilib.
