49
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda siniflərdə şagird sayının çoxluğu ilə bağlı məsələyə aydınlıq gətirib.
Ucnoqta.az xəbər verir ki, nazirin sözlərinə görə, ölkə üzrə ümumilikdə təxminən 80 min sinif fəaliyyət göstərir. Onların böyük əksəriyyətində şagird sayı 40 nəfərdən azdır.
Emin Əmrullayev bildirib ki, 40-dan çox şagirdin təhsil aldığı siniflərin sayı cəmi 600-dür. Bu isə ümumi siniflərin 1 faizindən də azını təşkil edir.
Nazir qeyd edib ki, mövcud statistika nəzərə alınmaqla, şagird sıxlığını bütövlükdə Azərbaycan təhsil sisteminin əsas problemi kimi qiymətləndirmək düzgün deyil.
“Siniflərin 99 faizində şagird sayı 40 nəfərdən aşağıdır”, – deyə nazir vurğulayıb.
