11 sentyabr 2026-cı il tarixində Ekologiya və Təbii Sərvətlər nazirliyinin Orxus mərkəzində ADSA, Kənd Təsərrüfatı, Səhiyyə, Energetika, Fövqəladə hallar, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Coğrafiya, Geologiya institutu, Bakı Dövlət Universiteti, SOCAR, Ekoloji QHT-lərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın məhdud su ehtiyatlarından səmərəli istifadə və alternativ mənbələrdən istifadənin təşviqi” layihəsi çərçivəsində tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova açaraq iştirakçılara prezentasiyanı təqdim etdi. Təqdimatda yer kürəsinin 70%-i su ilə örtülüolmasına baxmayaraq şirin su ehtiyatlarının cəmi 3,5% ni təşkil etməsi, qeyd olundu.. Buda əsasən çaylar, göllərdə formalaşır. Azərbaycanda bu ehtiyatlar daha azdır və Cənubi Qafqazda ən az su ehtiyatına malik bir ölkəyik. Azərbaycanın əkinçilik rayonları əsasən Kür-Araz ovalığında yerləşdiyindən əkin sahələrinimn daim suvarılması xüsusilə yay aylarında, çox vacibdir. S.Həsənov davam edərək bildirdi ki, ölkə üzrə qəbul edilən dövlət proqramında (2026-2030) əkin sahələrinin müasir suvarma sistemləri və qurğularının tətbiqi gözlənilir. Kənd təsərrüfatı üzrə suvarılan əkin sahələrinin ümumilikdə təxminən 10 faizində müasir suvarma sistemləri (damcı, yağmurlama və pivot (mərkəzi oxlu suvarma)) qurulub. Damcı suvarma xüsusilə intensiv meyvə və tərəvəzçilikdə geniş tətbiq olunur, qalan əkin sahələrində isə əsasən ənənəvi (səthi) suvarma üsulları üstünlük təşkil edir. S.Həsənov təqdimatda su istifadəsi və qənaəti ilə bağlı geniş məlumatı iştirakçılara təqdim etdi.
S.Həsənov regionlarda keçirilən tədbirlər zamanı Kürdəmirdə Girdman çayında suyun duzlu olduğu, ikinci əkin üçün su çatışmazlığı, Oğuzda Oğuz-Qəbələ-Bakı su boru xəttinin çəkilişindən sonra regionda su azlığının yaranması, Şəkidə Kiş və Şin çaylatının vadisində təmizləmə işlərinə icazə verilməməsi səbəbindən daşqınların olması kimi sualların aydınlaşdırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Akif müəllim Quliyevə söz verdi. Akif müəllim bütün sualları cavablandıraraq Kürdəmirdə su probleminin olmadığını, Girdman çayının duzlu olmasının mümkünsüzlüyünü bildirdi. Oğuz-Qəbələ-Bakı su kəmərinin Oğuz rayonun ətraf mühitinə və su mənbələrinə mənfi təsirlərinin olmadığını faktlarla bildirdi. Şəkinin Kiş və Şin çaylarının vadisinin təmizlənməsinə icazənin verilməsinin ETSN, Su Agentliyi birlikdə müzakirə edərək qərar verir. Vadinin təmizlənməsi rayon üçün əhəmiyyətli olduğundan qərara verilməsi tam araşdırma və qiymətləndirmədən sonra verilir.
Bakı Dövlət Universitetindən professor Fərda İmanov çıxış edərək bildirdi ki, su ehtiyatlarından səmərəli istifadə bu gün bütün dünya üçün prioritetdir və Azərbaycanda su anbarlarının tikilməsi ilə prosesin idarə edilməsi aparılır. Kənd təsərrüfatı nazirliyindən Rövşən müəllim Abdullayev bildirdi ki, kənd təsərrüfatında əkinçiliyin suvarılmasında əsasən torpaq kanallardan istifadə edilir və bu zaman su itkisi artır, damcılama metodu ilə suvarmaya dövlət dəstəyi və bununla bağlı dövlət proqramı qəbul olunmuşdur. 2030-cu ilə qədər damcılama su sisteminin ümumi həcmi 300 min ha çatması planlaşdırılır, dövlət fermerlərə subsidisiya verir.
Tədbirdə FHN-dən Rafiq Həsənov, Coğrafiya institundan Mövlud Teymurov, Energetika nazirliyindən Asəf Rzayev, Coğrafiya institundan Mövlud Teymurov, SOCAR-Baş ofisindən Əsmər Orucova, QHT-lərdən Taleh Əliyev, Şaban Nəsirov çıxış etdilər. Tədbirdə sualların cavablandırılması, su ehtiyatlarının səmərəli idarə edilməsi ətrafında qarşılıqlı müzakirə şəraitində 2 saat davam etdi və yekunlaşdı.
