25
Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında “Cessna” markalı kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.
Ucnoqta.az xəbər verir ki, DPA agentliyinin polisə istinadən yaydığı məlumata görə, hadisə bazar ertəsi yerli vaxtla saat 11:20 radələrində Erkelenz şəhəri yaxınlığında baş verib.
Təyyarə tarlaya düşüb. Göyərtədə olan üç nəfərin hamısı ölüb.
Qəzanın səbəbləri və həlak olan şəxslərin kimliyi hələlik məlum deyil.
