Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də dövlət başçısı vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə “Pink” telekanalının efirində danışıb.
“27-də prezident səlahiyyətlərimdən imtina edəcəyəm”, – deyə Vuçiç bildirib.
Qeyd edək ki, Serbiya prezidenti sentyabrın 9-da ölkənin birpalatalı parlamenti olan Xalq Skupştinasının buraxılması barədə qərarı təsdiqləyib və növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsini təyin edib.
Vuçiç daha əvvəl də sentyabrın sonunda istefa verəcəyini və növbədənkənar parlament seçkilərinə adi vətəndaş statusunda hazırlaşacağını bildirmişdi.
Bundan əvvəl hakim Serbiya Tərəqqi Partiyasının sədri Miloş Vuçeviç Vuçiçin qarşıdakı parlament seçkilərində partiyanın siyahısına rəhbərlik edəcəyini və baş nazirliyə namizəd olacağını açıqlamışdı.
