Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərhədləri yaxınlığında NATO-nun hərbi infrastrukturunun yaradılmasından və Şimali Atlantika Alyansı ölkələrinin hərbi ritorikasından narahatdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkovun “Milli müdafiə” jurnalında dərc olunan məqaləsində bildirilib.
Masadıkov qeyd edib ki, NATO-nun KTMT-yə üzv bir sıra dövlətlərə qarşı hərbi ritorikası və təşkilatın məsuliyyət zonasının sərhədləri yaxınlığında hərbi infrastrukturun yaradılması narahatlıq doğurur.
Onun sözlərinə görə, mövcud vəziyyət konstruktiv məqsədlər güdən heç bir ölkənin və ya beynəlxalq təşkilatın maraqlarına cavab vermir.
KTMT baş katibi vurğulayıb ki, təşkilat kollektiv təhlükəsizlik sistemini gücləndirmək üçün siyasi, hərbi, eləcə də çağırış və təhdidlərə qarşı mübarizə istiqamətlərində birgə işi davam etdirir.
