Nazirlik İran hakimiyyəti və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli gəlir mənbələrinin və satınalma şəbəkələrinin qarşısının alınması üçün məlumat təqdim edəcək
Ucnoqta.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu həftə İranla bağlı beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, görüşlər zamanı beynəlxalq maliyyə qurumlarına İran hakimiyyəti və İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli gəlir mənbələrinin və satınalma şəbəkələrinin qarşısının alınması üçün zəruri məlumatlar təqdim ediləcək.
ABŞ Maliyyə Nazirliyi hansı beynəlxalq maliyyə qurumlarının bu görüşlərdə iştirak edəcəyini açıqlamayıb.
