26
Səudiyyə Ərəbistanı husilərin qarşısını almaq və neft infrastrukturunu hücumlardan qorumaq üçün Böyük Britaniyadan hərbi və diplomatik yardım istəyib.
Ucnoqta.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, London Ər-Riyada dəstək verməyə hazır olduğunu bildirib və artıq ölkəyə hərbi məsləhətçilər göndərib.
Britaniya rəsmiləri husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməsinin beynəlxalq gəmiçilik və dünya iqtisadiyyatı üçün “fəlakətli nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
