67
NATO qırıcısı sentyabrın 15-də gecə saatlarında Litvanın hava məkanına daxil olan naməlum dronu vurub.
Ucnoqta.az xəbər verir ki, TV3-ün məlumatına görə, bu, Litva səmasında dronun ilk dəfə vurulmasıdır. Hadisədən sonra Vilnüs, Trakay və Elektrenay rayonlarında hava təhlükəsi elan edilib və NATO qırıcıları havaya qaldırılıb.
Təxminən yarım saat sonra pilotsuz uçuş aparatı Kaunas yaxınlığında zərərsizləşdirilib. Hazırda dronun qalıqları toplanır. Litva hakimiyyəti onun partlayıcı ilə təchiz edilmiş ola biləcəyini açıqlayıb.
