30
Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkənin müxtəlif regionları və Qara dənizin akvatoriyası üzərində 71 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Bryansk, Kaluqa, Oryol, Rostov və Həştərxan vilayətləri, Krasnodar diyarı, Krım Respublikası, eləcə də Qara dəniz üzərində məhv edilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, söhbət təyyarə tipli pilotsuz uçuş aparatlarından gedir.
