28
Ukrayna Prezidenti Vladimir Zelenski Ruslan Kravçenkonun baş prokuror vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, sənəd prezidentin rəsmi saytında dərc olunub.
Sərəncamda “Kravçenko Ruslan Andreeviç baş prokuror vəzifəsindən azad edilsin” ifadəsi yer alıb.
Bundan əvvəl, sentyabrın 15-də Ukrayna Ali Radası Kravçenkonun vəzifədən azad edilməsinə razılıq verib. Qərarın lehinə 317 deputat səs verib.
Kravçenko sentyabrın 7-də istefa ərizəsi vermişdi. Onun istefası Ukraynanın antikorrupsiya qurumları ilə Baş Prokurorluq arasında yaranmış qarşıdurma fonunda baş verib. Kravçenko özü barəsində irəli sürülən ittihamları rədd edib.
