Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülərlə bağlı polis hərəkətə keçib.
Ucnoqta.az xəbər verir ki, məktəblilərin sinif otağında elektron siqaret çəkərək canlı yayım etməsi ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.
Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, həmin görüntülər 264 saylı məktəb-liseydə qeydə alınıb.
***
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.
Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.
Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib.O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.
Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.
Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.
Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.
