43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də sentyabrın 8-də bu ayın pensiya ödənişi həyata keçirilib.
Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları ayın 22-də ödəniləcək.
