82
Ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakı Olimpiya Stadionunda (BOS) “Sabah” və Almaniyanın “Borussiya” komandaları arasında oyun keçirilib.
Ucnoqta.az xəbər verir ki, Almaniya klubu oyundan sonra Bakı Olimpiya Stadionundan görüntülər paylaşaraq stadiondakı təhlükəsizlik tədbirlərinə və arenanın futbol oyunları üçün yararlılığına istehzalı münasibət bildirib.
Paylaşımlarda matçın təhlükəsizliyini təmin etmək üçün stadiona çoxsaylı hərbçilərin cəlb olunmasına diqqət çəkilib.
“Burada meydana icazəsiz daxil olan şəxslərə çox ciddi yanaşırlar”, – deyə klubun paylaşımında qeyd olunub.
