Bəzi bürclərin nümayəndələri güclü enerjiyə və yüksək ədalət hissinə malikdirlər.
Ucnoqta.az xəbər verir ki, astroloq Yelena Maksimovanın sözlərinə görə, onları ciddi şəkildə incidən insanlar isə sonradan öz əməllərinin nəticələri ilə üzləşə bilərlər.
Astroloqun fikrincə, bu insanlar adətən qisas almağa çalışmır, intriqa qurmur və hətta susaraq hadisəni geridə qoyurlar. Lakin həmin şəxsin həyatından çıxmalarından sonra onları incidən insanların planları gözlənilmədən pozula, imkanları əldən çıxa və güvəndikləri insanlar onlardan uzaqlaşa bilər.
Əqrəb (24 oktyabr – 22 noyabr)
Əqrəbləri yalan, xəyanət və qəsdən edilən qəddarlıqla incitmək təhlükəlidir. Onlar saxtakarlığı tez hiss edir və bəzən həqiqəti qarşı tərəf etiraf etməmişdən əvvəl anlayırlar. Əqrəb qisas almaq əvəzinə həmin insanı həyatından tamamilə çıxara bilər.
Balıqlar (21 fevral – 20 mart)
Sakit və mehriban görünən Balıqların da səbrinin həddi var. Onları aldatmaq və daim güzəştə məcbur etmək münasibətlərin birdəfəlik bitməsinə səbəb ola bilər. Belə olduqda Balıqlar dəstəyini geri çəkir və qarşı tərəf nə qədər dəyərli bir insanı itirdiyini sonradan anlayır.
Xərçəng (22 iyun – 22 iyul)
Xərçənglər çox şeyi bağışlaya və uzun müddət münasibəti qorumağa çalışa bilirlər. Lakin etimadın, xüsusilə də ailə və yaxınlarının təhlükəyə atılması onların münasibətini kökündən dəyişir. Xərçəng bir dəfə qapını bağladıqdan sonra onu yenidən açmaq çətin olur.
Şir (23 iyul – 23 avqust)
Şirlər kobud sözləri və bəzi səhvləri bağışlaya bilsələr də, qəsdən alçaldılmağı ağır qəbul edirlər. Onlar öz dəyərlərini sübut etmək üçün mübahisə aparmaq əvəzinə, qarşı tərəfsiz daha uğurlu olmağa çalışırlar. Astroloqa görə, Şirin uğur qazanması və yeni həyat qurması onu incidən insan üçün ən böyük “karma” ola bilər.
Qeyd: Bu yazı astroloji yanaşmaya əsaslanır və elmi fakt kimi qəbul edilməməlidir.
