Payız ev qarderobunu yeniləmək və sərin axşamlar üçün həm rahat, həm də dəbli geyimlər seçmək üçün ideal zamandır.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, bu payız evdə rahatlıq və üslubu bir arada təqdim edən 7 pijama modeli xüsusilə diqqət çəkir:
Güllü pijama
Güllü naxışlar yalnız yay geyimləri üçün deyil. Payızda pastel tonlarda xırda və ya iri çiçəkli pijamalar ev obrazına rəng qatır və onu daha maraqlı göstərir.
Köynəkli pijama
Köynək və şalvardan ibarət klassik dəst səliqəli və rahat ev tərzinə üstünlük verənlər üçün uyğundur. Köynəyi ayrıca da istifadə etmək mümkündür.
Üçlü pijama dəsti
Bir neçə geyimi kombin etmək istəyənlər üçün praktik seçimdir. Sərin havada üst qatı geyinmək, otaq isti olduqda isə yalnız mayka və şalvardan istifadə etmək olar.
Yorğan-köynək
Maksimum rahatlıq axtaranlar üçün iri və yumşaq, yorğanı xatırladan koftalar ideal seçimdir. Xüsusilə payız axşamlarında tez üşüyənlər üçün əlverişlidir.
Plyuş pajama
Soyuq havalar üçün ən rahat variantlardan biridir. Şalvar və koftadan ibarət klassik dəstlərlə yanaşı, müxtəlif əyləncəli detallara malik modellər də seçilə bilər.
Damalı pajama
Damalı naxış payız ab-havasına xüsusilə uyğun gəlir. Yumşaq pambıq və flaneldən hazırlanmış modellər həm rahat, həm də isti olur.
Atlas pijama
Evdə belə zərif görünmək istəyənlər atlas pijamalara üstünlük verə bilərlər. Parçanın parıltısı dəsti daha eleqant göstərir. Qara, süd rəngi və tünd payız tonları xüsusilə dəbdədir.
