Dominikan Respublikasından olan 24 yaşlı ədəbiyyat müəllimi Coherri Mola Dominqes “Miss World 2026” müsabiqəsinin qalibi seçilib.
Ucnoqta.az xəbər verir ki, VnExpress-in məlumatına görə, Vyetnamın Nyaçanq şəhərində keçirilən finalda Dominqes İspaniyadan olan Elizabet Reynesi və Malayziyadan Tanusiya Çettini geridə qoyub.
Dominqes ölkəsində aztəminatlı ailələrin uşaqlarına ingilis dili öyrədir. O, eyni zamanda ispandilli auditoriyaya yayımlanan Amerikanın Univision telekanalında müxbir kimi çalışır.
Müsabiqənin əvvəlində favoritlər sırasında göstərilməyən Dominqes Amerika və Karib hövzəsi regionunda keçirilən Top Model seçimində qalib gəldikdən sonra diqqət mərkəzinə düşüb. Bu nəticə ona birbaşa “Miss World”un TOP-40 finalçısı sırasına daxil olmaq imkanı verib.
