28
OnlyFans platformasının ulduzu, amerikalı aktrisa və keçmiş balerina Donna Mills gözəllik və formada qalma sirrindən danışıb.
Ucnoqta.az bildirir ki, 85 yaşlı aktrisanın sözlərinə görə, o, hər gün intizamlı şəkildə məşq edir. Gün ərzində 100 dəfə qarın presi, 50 dəfə ayaq qaldırma hərəkəti edir və müxtəlif dartınma məşqləri ilə məşğul olur. Bundan əlavə, təxminən 45 dəqiqə–1 saat velotrenajorda məşq edir.
Mills həftədə beş dəfəyə qədər tennis oynadığını və şəkərdən imtina etdiyini bildirib.
Bununla belə, aktrisa sağlam qidalanma qaydalarına tam əməl edə bilmədiyini də etiraf edib. Onun vaz keçə bilmədiyi məhsul isə pendir sousu ilə yeməyə üstünlük verdiyi Doritos çipsləridir.
