41
Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yenidən duet oxuyublar.
Ucnoqta.az xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı yeni mahnı və kliplərini təqdim ediblər.
Delee Oruclunun rejissorluğu ilə çəkilən klipdə Aygün Kazımova və Namiq Qaraçuxurlu üç fərqli obrazda kamera qarşısına keçiblər. Klipdə Aygün Kazımovanın gəlinlik libasında görünməsi də diqqət çəkib.
Sənətçilərin yeni işi artıq bütün əsas musiqi platformalarında yayımlanıb.
Mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur.
