34
ABŞ hərbçiləri İrana məxsus zərbələrin Səudiyyə Ərəbistanı və Küveytdəki ABŞ hərbi bazalarında yaratdığı dağıntıların fotolarını CBS telekanalına təqdim ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Hərbçilərdən biri bildirib ki, bazalara ciddi ziyan dəyib, lakin bu barədə ABŞ ictimaiyyətinə məlumat verilməyib.
Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasından yayılan fotolardan birində zərbə nəticəsində Boeing E-3 Sentry təyyarəsinin quyruq hissəsinin gövdədən qopduğu görünür.
Küveytdə yerləşən Camp Buehring bazasından olan görüntülərdə isə dağıdılmış binalar və avtomobillər əks olunub.

