Slovakiyanın mərkəzi hissəsində yerləşən Martin şəhəri yaxınlığındakı Blatnitsa qəsəbəsində ayı 79 yaşlı qadına hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə JoJ telekanalı məlumat yayıb. Hadisə sentyabrın 15-də günün birinci yarısında baş verib.
Məlumata görə, ayı qəsəbənin mərkəzi meydanında qadına pəncəsi ilə zərbə endirib. Qadın yırtıcıdan kənara çəkilməyə nail olsa da, heyvanın caynaqları onun bədəninin bir neçə yerində xəsarət izləri buraxıb.
Yaralı qadın Martin şəhərindəki xəstəxanaya çatdırılıb.
Hakimiyyət orqanları ayının yenidən qəsəbəyə daxil ola biləcəyini nəzərə alaraq Blatnitsa sakinlərini ehtiyatlı olmağa çağırıb. Ekoloqlar isə tədbirlər gördüklərini və ayının hərəkətini pilotsuz uçuş aparatları vasitəsilə izlədiklərini bildiriblər.
