25
İran və Oman Hörmüz boğazından təhlükəsiz gəmiçiliyin bərpası ilə bağlı mərhələli plan üzrə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Çin xarici işlər naziri Van İ ilə görüşündə bildirib.
Razılaşma müvəqqəti dəniz dəhlizinin yaradılmasını və boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsini nəzərdə tutur. Tərəflər həmçinin daimi marşrut, boğazın gələcək idarə olunması, məlumat mübadiləsi və gəmi hərəkətinin tənzimlənməsi ilə bağlı texniki danışıqları davam etdirəcəklər.
