30
Gürcüstan parlamenti Tamaz Boraşvilinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, qanunverici orqanın iclası zamanı keçirilən səsvermədə 83 deputat qərarın lehinə səs verib, əleyhinə səs verən olmayıb.
Parlament sədri Şalva Papuaşvili səsvermənin nəticələrini açıqlayaraq Boraşvilini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Gürcüstanda DTX rəhbərinin səlahiyyət müddəti 6 ildir.
Tamaz Boraşvili bu vəzifədə bazar ertəsi istefa verdiyini açıqlayan Gela Geladzeni əvəz edib.
