31
Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfirini ölkənin hərbi hava qüvvələrinə məxsus helikopterlə bağlı insidentə görə çağırıb.
Ucnoqta.az xəbər verir ki, Danimarkanın müdafiə nazirliyinin məlumatına görə, beynəlxalq sularda olan Rusiya freqatından ölkə hərbi hava qüvvələrinin helikopterinə doğru işıq siqnalları atan raketlər buraxılıb.
Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen insidentlə bağlı Rusiya səfirinin XİN-ə çağırıldığını bildirib.
