29
Ermənistan Konstitusiya Məhkəməsi “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə çərçivə sazişinin ölkə Konstitusiyasına uyğun olduğunu tanıyıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə 24news Konstitusiya Məhkəməsinin xarici əlaqələr şöbəsinə istinadən məlumat yayıb.
Sazişin konstitusiyaya uyğunluğu təsdiqləndikdən sonra sənəd ratifikasiya üçün Ermənistan parlamentinə göndərilməlidir.
Ermənistan hökuməti iyulun 16-da Ermənistan-ABŞ TRIPP layihəsi üzrə sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Daha sonra sənəd qanunvericiliyə uyğun prosedur çərçivəsində Konstitusiya Məhkəməsinə göndərilib.
TRIPP layihəsinin ratifikasiyası üçün növbəti mərhələ Ermənistan parlamentində müzakirə və səsvermə olacaq.
