29
Ermənistanın baş naziri Nikol Paşinyan hazırda rus dili kurslarına getdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, dövlət idarəçiliyi sahəsində çalışanlar üçün ingilis dilinin məcburi öyrənilməsi təklifinə münasibət bildirərkən deyib ki, hazırda özü də rus dili öyrənir.
“Misal üçün, mən hazırda idarəçilik akademiyasında rus dili kursuna gedirəm. Kimsə yapon, ispan, çin və ya alman dilini öyrənə bilər”, – Paşinyan bildirib.
