39
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Ucnoqta.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir. Bildirilir ki, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Vita Milk” MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
Sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbul edilmiş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb.


