29
Slovakiyanın Ukrayna sərhədinə yaxın Mixalovtse şəhərində məktəb bomba partlayışı təhlükəsi səbəbindən təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Noviny” portalı məlumat yayıb.
Məktəbin rəhbərliyinə elektron poçt vasitəsilə anonim hədə-qorxu məktubu daxil olub. Bundan sonra şagirdlər, müəllimlər və texniki heyət binadan təxliyə edilib.
Polis məktəbin binasında axtarış aparıb və şübhəli yer aşkarlayıb. Hazırda əraziyə istehkamçıların gəlməsi və həmin ərazini ətraflı yoxlaması gözlənilir.
