34
İsveç hökuməti İranın Stokholmdakı səfirliyinin əməkdaşına ölkəni tərk etməsi barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsveç hökumətinin kanslerliyi məlumat yayıb.
Məlumata görə, İsveç Xarici İşlər Nazirliyi İranın səfirini çağıraraq qərar barədə ona məlumat verib.
Bildirilib ki, İran səfirliyinin əməkdaşı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyət göstərdiyi üçün İsveçi tərk etməlidir.
