32
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen “Silverstone” trasında keçirilən nümayiş kartinq yarışında 100 həvəskarı cəmi 14 dövrə və 35 dəqiqəyə geridə qoyub.
Ucnoqta.az xəbər verir ki, yarışda media nümayəndələri və bloqerlər də iştirak edib. Ferstappenin bütün rəqibləri ötmək üçün 35 dövrə və 75 dəqiqə vaxtı olsa da, pilot buna xeyli qısa müddətdə nail olub.
Niderlandlı sürücü ilk dövrənin sonunda 37-ci yerə yüksəlib, altıncı dövrənin əvvəlində 10-cu, 10-cu dövrədə isə artıq dördüncü olub. Yarışın sonunda qalan üç iştirakçıya trasda “sürətli dövrə” keçmək üçün güzəşt edilsə də, Verstappen onları da yaxalayıb.
