26
Qadın basketbolu üzrə ABŞ milli komandası dünya çempionatının finalında Fransanı 97:79 hesabı ilə məğlub edərək ardıcıl 5-ci dəfə dünya çempionu olub.
Ucnoqta.az xəbər verir ki, turnir Almaniyada keçirilib.
Bürünc medal uğrunda görüşdə İspaniya millisi Almaniyanı 81:58 hesabı ilə üstələyib.
ABŞ və Fransa yığmaları daha əvvəl Paris Olimpiadasının finalında da qarşılaşıblar. Həmin oyunda amerikalılar 67:66 hesabı ilə qalib gəliblər.
ABŞ millisi dünya çempionatlarında ardıcıl 36-cı qələbəsini qazanıb.
Ümumilikdə ABŞ qadın basketbolçuları dünya çempionatında 11 dəfə qızıl medal qazanaraq bu göstərici üzrə rekordçudurlar.
Fransa millisi isə tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib.
