Azərbaycan futbolunun “Sabah” klubu bu gün tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində meydana çıxacaq.
Ucnoqta.az xəbər verir ki, paytaxt təmsilçisinin turnirdəki ilk rəqibi İngiltərənin “Mançester Yunayted” komandası olacaq. Qarşılaşma Mançesterdə yerləşən məşhur “Old Trafford” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Villi Delajo yerinə yetirəcək. Ona Ervan Finjean və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim Matyo Vernis olacaq. VAR-da Jerom Brisar, AVAR-da isə serbiyalı Momçilo Markoviç fəaliyyət göstərəcək.
Beləliklə, “Sabah” üçün Azərbaycan futbolu tarixində xüsusi əhəmiyyət daşıyan gecə başlayır. Komanda ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə qoşulmaqla yanaşı, turnirin ən tanınmış klublarından birinin meydanında debüt edəcək.
Çempionlar Liqası – Liqa mərhələsi, 1-ci tur
23:00 – “Mançester Yunayted” – “Sabah”
Məkan: “Old Trafford”, Mançester, İngiltərə.
