27
Misli Premyer Liqasının IV turunda futbolçuları çoxsaylı sarı vərəqə alan 4 klub AFFA İntizam Komitəsi tərəfindən ümumilikdə 2 800 manat cərimələnib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı qərar İntizam Komitəsinin iclasında qəbul olunub.
Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” qarşılaşmasında meydan sahiblərinin 6, qonaq komandanın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən hər iki kluba 700 manat məbləğində cərimə tətbiq edilib.
Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” matçında da komandaların futbolçuları 5 və 6 sarı vərəqə alıb. Nəticədə hər iki klub 700 manat cərimə ödəyəcək.
Beləliklə, IV turun iki oyununda sarı vərəqə limitinin aşılması 4 klub üçün ümumilikdə 2 800 manatlıq cərimə ilə nəticələnib.
