Macarıstan hökuməti Rusiyanın Budapeştdəki səfirliyinin 10 əməkdaşının ölkədən çıxarılmasını tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban məlumat verib.
Nazirin sözlərinə görə, Macarıstan hakimiyyəti həmin şəxslərin ölkədə diplomat statusu ilə bir araya sığmayan fəaliyyət göstərdiyini müəyyən edib.
“Macarıstan tərəfi bu şəxslərdən ölkəni tərk etmələrini tələb edib. Bu qərar Macarıstanın təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir”, – deyə nazir bildirib.
Anita Orban qeyd edib ki, diplomatların ölkədən çıxarılması Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Onun sözlərinə görə, Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara riayət prinsipləri əsasında Rusiya ilə zəruri dialoqu davam etdirmək niyyətindədir.
