21
Türkiyənin Reyhan Sarı yük gəmisinə Qara dənizdəki PUA hücumu ilə bağlı sənədləri Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təqdim etdiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, Türkiyə tərəfi hücumun Ukrayna qüvvələri tərəfindən həyata keçirildiyini iddia edir.
Vəkil Nuri Koray Kurunun sözlərinə görə, iş üzrə toplanmış sübutlar BCM prokurorunun ofisinə göndərilib. Müraciətdə hadisənin Roma Statutunun insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə bağlı maddələri çərçivəsində araşdırılması xahiş olunur.
Qeyd edək ki, Ukrayna Reyhan Sarı gəmisinin hücumun hədəfi olduğunu rəsmən təsdiqləməyib. Hadisə ilə bağlı məsuliyyət də açıq şəkildə üzərinə götürülməyib.
