24
Argentinalı mütəxəssis Marselo Qalyardo Ekvador milli futbol komandasının baş məşqçisi təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, iyulun 1-də argentinalı Sebastyan Bekkaçese Ekvador millisinin baş məşqçisi postundan ayrılıb. O, komandası dünya çempionatının 1/16 finalında Meksikaya 0:2 hesabı ilə məğlub olduqdan sonra istefa verdiyini açıqlayıb.
50 yaşlı Marselo Qalyardo 2024-2026-cı illərdə Argentinanın “River Pleyt” klubunu çalışdırıb. O, daha əvvəl də 2014-2022-ci illərdə bu komandanın baş məşqçisi olub.
