59
Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.
Ucnoqta.az bu barədə Bakı metropoliteninə istinadən xəbər verir.
08:47
Metronun “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır”, – məlumatda bildirilib.
Qeyd edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.
Bildirilir ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.
