Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun canlı qüvvə itkilərinin sayı təxminən 1 milyon 508 min 600 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 14-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı səhər məlumatında bildirilib.
Məlumata görə, son sutka ərzində Rusiya ordusunun 1 700 hərbçisi zərərsizləşdirilib. Həmçinin 2 124 pilotsuz uçuş aparatı və 74 artilleriya sistemi məhv edilib.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, 24 fevral 2022-ci ildən sentyabrın 14-dək Rusiya ordusunun ümumi itkiləri belədir:
canlı qüvvə – təxminən 1 508 600 nəfər (+1 700);
tanklar – 12 345 (+1);
zirehli döyüş maşınları – 25 331 (+1);
artilleriya sistemləri – 49 752 (+74);
reaktiv yaylım atəş sistemləri – 2 127 (+7);
hava hücumundan müdafiə vasitələri – 1 637 (+2);
təyyarələr – 442;
helikopterlər – 356;
yerüstü robot kompleksləri – 2 615 (+12);
operativ-taktiki PUA-lar – 514 317 (+2 142);
qanadlı raketlər – 5 111;
gəmilər və katerlər – 35;
sualtı qayıqlar – 2;
avtomobil texnikası və yanacaq çənləri – 148 807 (+548);
xüsusi texnika – 4 683 (+2).
Baş Qərargah qeyd edib ki, məlumatlar dəqiqləşdirilir.
