54
İndoneziyada xilasedicilər Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən 130 nəfərin axtarışını ikinci gündür davam etdirirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin yerli xilasetmə xidməti məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatına 622 nəfər və 12-yə yaxın gəmi cəlb olunub.
Sentyabrın 14-ü səhər saatlarına olan məlumata əsasən, qəza nəticəsində 6 nəfər həlak olub, daha 107 sərnişin və ekipaj üzvü xilas edilib.
243 nəfərin olduğu “Virgo Transport 8” sərnişin gəmisi həftəsonu güclü fırtına zamanı radarlardan itib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
