39
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanına məxsus Wing Loong II tipli pilotsuz uçuş aparatını Marib vilayəti üzərində vurduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriənin yaydığı bəyanatda PUA-nın kəşfiyyat-zərbə missiyası həyata keçirərkən vurulduğu bildirilib.
Husilər hadisənin Yəmənin şimal-şərqində yerləşən Marib vilayətinin hava məkanında baş verdiyini qeyd ediblər.
