Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi üzrə danışıqların başa çatması prosesindən danışıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, aşinyanın sözlərinə görə, tərəflər danışıqlarda “mexaniki qarşılıqlılıq” prinsipindən kənara çıxmaq qərarına gəldikdən sonra uğurlu nəticəyə nail olublar.
O bildirib ki, müəyyən mərhələdə sülh sazişinin mətnini “ping-ponq” prinsipi ilə daha da təkmilləşdirmək imkanının qalmadığı qənaətinə gəliblər.
Paşinyan qeyd edib ki, bundan sonra tərəflər qarşılıqlılığın davam etdirilməsi ilə fərqli məntiq əsasında münasibətlərin qurulması arasında seçim etməli olublar.
“Biz bu mətnlə razı olduğumuzu bildirdik”, – deyə Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri əlavə edib ki, qonşu ölkələrlə qarşılıqlı sabitlik və iqtisadi rifahın hər iki tərəf üçün faydalı olacağı münasibətlər qurulmalıdır.
