25
Azərbaycanda bu ilin yanvar-iyul aylarında 22 130 nikah və 11 678 boşanma halı qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafına dair makroiqtisadi göstəricilərində məlumat verilib.
Statistikaya əsasən, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6-dan 3,7-yə enib.
Boşanmaların göstəricisində isə dəyişiklik olmayıb. Belə ki, hər 1000 nəfərə düşən boşanmaların sayı əvvəlki ilin müvafiq dövründə olduğu kimi 2,0 təşkil edib.
